Bundesliqa klubu hərəkətə keçdi: Albert Riera gedir, yerinə Tedesko gəlir

"Fənərbaxça"dan ayrılan baş məşqçi Domeniko Tedesko ilə bağlı yeni iddia ortaya çıxıb. Almaniya Bundesliqasında mübarizə aparan "Ayntraxt" (Frankfurt) klubunun İtaliyalı mütəxəssisi baş məşqçi postuna gətirməyi planlaşdırdığı bildirilir.

Referans Media xəbər verir ki, Frankfurt rəhbərliyi hazırkı baş məşqçi, "Qalatasaray"ın sabiq futbolçusu Albert Riera ilə yolları ayırmağa hazırlaşır. Komandanın qeyri-sabit nəticələrindən narazı olan klub rəhbərliyi yeni məşqçi axtarışına başlayıb.

Bu çərçivədə siyahının ilk sırasında Domeniko Tedesko yer alır. Alman klubunun rəhbərliyinin yaxın günlərdə Tedesko ilə görüş keçirəcəyi və rəsmi danışıqlara başlayacağı bildirilir.

İddialara görə, İtaliyada və Almaniyada təcrübəsi olan Tedesko Frankfurt layihəsinə müsbət yanaşır və Bundesliqaya qayıtmağa isti baxır.

Qeyd edək ki, Tedesko "Fənərbaxça"da bu mövsüm 45 oyunda 26 qələbə, 12 heç-heçə və 7 məğlubiyyətlə yadda qalıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki