“Fənərbaxça”nın ulduz futbolçusu Marko Asensionun gələcəyi ilə bağlı qeyri-müəyyənlik davam edir.
Referans Media xəbər verir ki, ispaniyalı futbolçunun klubdakı taleyi iyun ayında keçiriləcək prezident seçkisindən sonra müəyyənləşəcək.
Məlumata görə, Marko Asensio yeni prezidentin və texniki heyətin kim olacağını gözləyir. Təcrübəli futbolçunun klubun gələcək planlamasına uyğun qərar verəcəyi bildirilir.
İddialara əsasən, 30 yaşlı futbolçu yeni rəhbərlik və məşqçi heyətindən razı qalmasa, komandadan ayrılmağı düşünə bilər. Asensionun karyerası ilə bağlı yekun qərarı seçkilərdən sonra verəcəyi qeyd olunur.
Marko Asensio cari mövsümdə “Fənərbaxça” forması ilə 38 oyunda meydana çıxıb. İspan futbolçu bu qarşılaşmalarda 13 qol vurub, 14 məhsuldar ötürmə ilə yadda qalıb.
Asensio mövsümün əvvəlində Fransanın PSJ klubundan 7,5 milyon avro qarşılığında transfer olunmuşdu. Futbolçunun “Fənərbaxça” ilə müqaviləsi 2028-ci ilə qədər qüvvədədir.
