Türkiyəli aparıcı və müğənni Defne Samyeli səhnə performansı və geyim seçimi ilə yenidən gündəmə gəlib.
Referans Media xəbər verir ki, son çıxışında Samyeli qara krujevalı, bədənə oturan və diqqət çəkən detallara malik səhnə geyimi ilə tamaşaçıların qarşısına çıxıb. Onun səhnə enerjisi və ifası qədər, görünüşü də gecənin ən çox müzakirə olunan mövzularından biri olub.
Sənətçi çıxış etdiyi gecədən görüntüləri sosial media hesabında “Yaşasın musiqi!” qeydi ilə paylaşıb. Paylaşım qısa zamanda çox sayda bəyənmə və şərh toplayıb.
İzləyicilər onun səhnə performansını həm peşəkar, həm də diqqətçəkən hesab edərək müxtəlif reaksiyalar veriblər. Bəzi istifadəçilər geyim seçimini müsbət qiymətləndirərkən, digərləri isə daha fərqli fikirlər səsləndiriblər.
Qeyd edək ki, Defne Samyeli son dövrlərdə səhnə geyimləri və performansları ilə tez-tez şou-biznes gündəminə düşür.
