ABŞ 15 min dollarlıq viza depozitini ləğv etdi

ABŞ 2026-cı il FIFA Dünya Kubokunun oyunlarını izləmək üçün ölkəyə gələn bəzi xarici vətəndaşlar üçün tətbiq olunan 15 min dollarlıq viza depozitini ləğv edəcək.

Referans Media  xəbər verir ki, bu barədə “Associated Press” ABŞ Dövlət Departamentinin sözçüsünə istinadən məlumat yayıb. 


Məlumata görə, ABŞ Dövlət katibinin Konsulluq İşləri üzrə köməkçisi Maura Namdar bildirib ki, ABŞ tarixin ən böyük və ən yaxşı Dünya Kubokuna ev sahibliyi etməyə hazırlaşır.


“ABŞ tarixin ən yaxşı və ən böyük Dünya Kubokuna ev sahibliyi etməyi səbirsizliklə gözləyir. Dünya Kuboku biletlərini alan azarkeşlər üçün viza depozitindən imtina edirik”, - deyə Namdar qeyd edib.


Hazırda 50 ölkə və ərazinin vətəndaşlarından ABŞ-a turist və işgüzar vizalar almaq üçün 5 mindən 15 min dollara qədər depozit tələb olunur. Rusiya isə həmin siyahıya daxil deyil.


Qeyd edək ki, 2026-cı il futbol üzrə dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək. Turnirdə ilk dəfə 48 milli komanda iştirak edəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki