Hər il onlarla insan saxta spirtli içki səbəbindən həyatını itirir. Xüsusilə Yeni il yaxınlaşdıqca xəstəxanalara müraciətlərin sayı artır. Ən kiçik şübhə əlaməti belə görüldükdə vaxt itirmək ölüm riskini ciddi şəkildə artırır.
Referans Media xəbər verir ki, yeni ilə sayılı günlər qalmış saxta içki problemi yenidən gündəmə gəlib.
Saxta içkinin qəbulu, yəni metil alkol zəhərlənməsi, ciddi fəsadlara səbəb olur. Statistikaya görə, zəhərlənən hər 3 nəfərdən biri ya həyatını itirir, ya da ömür boyu əlilliklə yaşamaq məcburiyyətində qalır.
Baş gicəllənməsi, ürəkbulanma və gözün qaralması kimi əlamətlərdən yalnız biri belə müşahidə olunarsa, dərhal xəstəxanaya müraciət etmək həyati əhəmiyyət daşıyır. Saxta içkini qoxusuna, rənginə və ya başqa fiziki xüsusiyyətlərinə görə ayırd etmək mümkün olmadığı üçün, məhsulun haradan alındığı xüsusilə önəmlidir. Alış-veriş yalnız alkol satışı üçün rəsmi icazəsi olan obyektlərdən edilməlidir.
Mütəxəssislər saxta içki ilə bağlı xəbərdarlıqlarını davam etdirirlər.
Qida mühəndisi Süleyman Uzun bildirib ki, adi istehlakçının saxta alkolu ayırd etməsi mümkün deyil: “Qoxu və ya dadla bunu müəyyən etmək mümkün deyil. Saxta məhsulu yalnız laboratoriya şəraitində aşkar etmək olar.”
Türkiyə Təcili Tibbi Yardım Dərnəyinin Toksikologiya Qrupunun sədri professor Ayça Açıkalın Akpınar isə qeyd edib ki, xəstənin etil alkol yoxsa metil alkol zəhərlənməsi keçirdiyini anlamaq üçün müəyyən vaxt tələb olunur. O, xəstəxanaya gec müraciətin ölüm riskini ciddi şəkildə artırdığını vurğulayıb.
Dərnəyin üzvü həkim Ömər Taşkın da saxta içki səbəbilə xəstəxanaya gətirilən bəzi xəstələrin bütün tibbi müdaxilələrə baxmayaraq dünyasını dəyişdiyini bildirib: “Təxminən üçdə biri qalıcı zədələrlə yaşamaq məcburiyyəti yaranır.”
Mütəxəssislər xüsusilə açıq butulkalara qarşı diqqətli olmağı tövsiyə edir, həmçinin qiymət, qablaşdırma və etiket məsələlərinə diqqət yetirilməsini vurğulayırlar.
Saxta içkilərin qablaşdırma və etiketlərində çox vaxt orijinal məhsullarla müqayisədə fərqlər olur. Yazıların bulanıq, əyri və ya solğun olması saxtakarlığa işarə edə bilər.
Türkiyədə satılan spirtli içkilərdə TAPDK bandrolunun olması məcburidir. Bandrolun olmaması və ya saxta görünməsi ciddi xəbərdarlıq əlamətidir. Gəlir İdarəsinin hazırladığı Bandrollu Məhsul İzləmə Sistemi adlı mobil tətbiq vasitəsilə istehlakçılar aldıqları spirtli içkilərin bandrolunu yoxlaya bilirlər. Metil alkol zəhərlənməsinin ilkin əlamətləri arasında huşsuz hərəkətlər, baş gicəllənməsi və güclü yuxululuq yer alır.
Saxta içki qəbul edənlərdə görmə sinirlərinin zədələnməsi nəticəsində görmə itkisi, beyində yaranan zədələrə görə isə yerimə çətinliyi, hərəkət məhdudiyyəti və düşüncə pozuntuları müşahidə oluna bilər.
