ABŞ Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif
edib.
Bu barədə ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak Nyu-Yorkda
keçirilən brifinq zamanı danışıb.
O, hər iki tərəfin – Azərbaycan və Ermənistanın dəhlizlə bağlı
müxtəlif təkliflər etdiyini bildirib.
“Bu halda ABŞ deyir: Yaxşı, biz onu təhvil alacağıq. Bizə 32
kilometr yolu 100 illik nəzarət üçün verin”.
Onun sözlərinə görə, ABŞ Zəngəzur dəhlizini nəzarətə götürsə,
tərəflər buradan rahatlıqla istifadə edə bilərlər.
Hərbi ekspert Səxavət Məmməd Referans-a açıqlamasında bu təkliflə
bağlı danışıb.
“Ümumiyyətlə,
Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələlərə bir neçə yöndən yanaşa bilərik.
Faktiki olaraq, 44 günlük müharibə və antiterror əməliyyatından sonra Azərbaycanla
Ermənistan arasında sülh müqaviləsinin bağlanması gözlənilirdi. Amma biz hələ də
bu müqavilənin bağlanmadığını görürük. Elə indilərdə Nikol Paşinyanın keçirdiyi
mətbuat konfransında açıq şəkildə bildirdi ki, heç bir şəkildə razılıq yoxdur.
Biz Ermənistanın, ümumiyyətlə, sülh müqaviləsi ilə bağlı yanaşmasına baxdıqda
Ermənistan açıq şəkildə Azərbaycanın bütün tələblərini yerinə yetirməyə
hazırdır. Hətta Paşinyan konstitusiya məsələsinin həlli üçün belə konkret vaxt
verir və 2026-cı ili təklif edir. Həmçinin təklif edir ki, bu məsələni sülh
müqaviləsi məsləsini həll etdikdən sonra da konstitusiya məsələsini daxili məsələ
olaraq həll edə bilərik. Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin
bağlanmasına əsas maneə düşünürəm ki, Zəngəzur dəhlizidir. Dəhliz layihələri hər
kəsə məlum olduğu kimi müəyyən ölkələrin ərazisindən keçir. Lakin belə olanda
hansısa bir ölkə gəlib gəlib dəhlizin keçdiyi ölkəyə “Dəhlizin sənin ölkənin ərazisindən
keçən hissəsini mən idarə edəcəm” demir. Amma yeganə ölkə Ermənistandır ki, ona
açıq şəkildə bildirirlər ki, sənin ərazindən keçən yolda ya Rusiya, ya da ABŞ nəzarəti
ələ alacaq. Bu o deməkdir ki, ölkənin ərazisindən yol keçəcək amma bu ölkə həmin
yoldan heç bir divident əldə edə bilməyəcək. Buna görə də Ermənistan tərəfi bu
məsələ ilə bağlı açıq mövqe qoyur ortalığa və bildirir ki, dəhlizdə yalnız özləri
“oturacaqlar”. Bu da əslində, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin
bağlanmamasının əsas səbəblərindən biridir”.
Ekspert
bildirib ki, Zəngəzur dəhlizi ilə bağlı 10 noyabr bəyənatına əsasən, bu dəhlizdə
nəzarəti Rusiya həyata keçirəcək.
“Amma
biz onu da bilirik ki, proses başladıqda Fransa da, ABŞ da dəhlizə nəzarətlə
bağlı iddiasını irəli sürmüşdü. İndi isə açıq şəkildə görürük ki, Amerikanın bu
dəhlizlə bağlı mövqeyi ciddidir və ABŞ tərəfi bu dəhlizdə nəzarəti tam ələ
keçirmək istəyir. Bu region ölkələri üçün bir təhdiddir. Çünki bu regionda məlum
olduğu kimi iki böyük dövlət var – Rusiya və İran. Belə bir regionda ABŞ-nin dəhlizin
nəzarətini ələ keçirməsi və digər iki böyük dövlətin təmamilə kənarda qalması
böyük bir problem yarada bilər. Düşünürəm ki, buna görə də Zəngəzur dəhlizi ilə
bağlı regionda proseslər bir qədər də gərginləşəcək. Çünki bu dəhlizdə bütün nəzarəti
ələ keçirmək istəyən Rusiya və ümumiyyətlə, bu dəhlizə qarşı çıxan bir İran
var. Regionda olan ölkələr Zəngəzur dəhlizi ilə bağlı təmamilə fərqli fikirdədirlər
və yad ölkələri bura qəbul etmək istəmirlər”.
Səxavət
Məmməd qeyd edib ki, bu məsələdə Türkiyə faktorunu da unutmaq olmaz. Türkiyə Zəngəzur
dəhlizini müsbət qarşılayır çünki Ermənistnın ərazisindən keçən dəhliz birbaşa
Türkiyənin ərazisindən keçəcək və Türkiyə bundan ən çox divident götürən ölkələrdən
biri olacaq.
“Türkiyə
eyni vaxtda həm də ABŞ-nin maraqları müdafiə edir. Çünki Türkiyə və Amerika
strateji müttəfiqdir vəTürkiyə NATO üzvüdür. Nəzərə almaq lazımdır ki, Türkiyə
nə qədər də Azərbaycanın yanında olduğunu göstərsə də, o, NATO üzvü olduğuna
görə birbaşa NATO-nun xətti ilə hərəkət edir. Burada hesab edirəm ki, proses
bir qədər də qəlizləşəcək. İstər ABŞ-nin, istərsə də Rusiyanın təzyiqləri artırmasının
şahidi olacayıq. Biz artıq görürük ki, Rusiya ilə Azərbaycan arasında müəyyən gərginlik
var və bu gərginlik artan xətt ilə davam edir. Bundan əlavə Qərb ölkələri Gürcüstanda
prosesi qızışdırmağa çalışır. Rusiya açıq şəkildə Ermənistana siyasi təsir
edir. Bundan əlavə Ermənistana həm də iqtisadi təzyiq göstərir. Orada yerləşən
hərbi bazanın gücünü 60-70 faizdən 100 faizə çatdırmaq niyyətindədir. Görünən
odur ki, Qərb ölkələri təzyiqi bir qədər də artırsalar, Rusiya və İranın da təzyiqi
artacaq. Bu da Cənubi Qafqaza çox ağır nəticələr verə bilər. Ümid edirəm ki,
bütün bu siyasi gərginliklər hərbi gərginliyə keçməz. Amma biz ABŞ-nin müxtəlif
regionlarda proseslərə hansı formada qoşulduğunun və sonradan bunun hansı nəticələr
verdiyini ən azından şahidi olmuşuq”.
Fidan
Vəlisoy