image-reksane4backend

Rəqsanə geyimi ilə yenidən tənqid olundu – VİDEO

Müğənni Rəqsanə İsmayılova yenidən seçdiyi geyimlə sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Referans Media xəbər verir ki, səhnə obrazı və iddialı tərzi ilə diqqət çəkən sənətçi bu dəfə də izləyicilərin maraq dairəsinə düşüb.

İfaçı paylaşımında görünüşü ilə bağlı zarafatla danışaraq belə deyib:

“Geyimi daşımaq var. Geyinə bilərsiniz, amma onu daşıya bilməzsiniz. 4 uşaq doğmuşam, heç bilinir? 5-ci də gəlir”, – deyə o bildirib.

Rəqsanənin bu sözləri və paylaşımı sosial mediada geniş müzakirələrə yol açıb. Bəzi izləyicilər onun tərzini tənqid edib, digərləri isə sənətçiyə dəstək verərək görünüşünü və özünəinamını yüksək qiymətləndiriblər.(milli.az)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki