Müğənni Rəqsanə İsmayılovanın arxiv görüntüləri sosial şəbəkələrdə gündəm olub.
Referans xəbər verir ki, yayılan videoda sənətçi məkanların birində muğam ifa edərkən əks olunub.
İzləyicilər illər öncəyə aid olan videoya çoxsaylı şərhlər yazıblar.
Qeyd edək ki, Rəqsanə İsmayılovanın barəsində avqustun 16-da 4 ay müddətə həbs qətimkan tədbiri seçilib. O, iki nəfər zərərçəkən şəxsin 35 min manat dəyərində qızıl-zinət əşyalarını və 520 min ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirməkdə təqsirləndirilir.























