Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) vitse-prezidenti vəzifəsinə seçilib.
Referans Media xəbər verir ki, bu barədə Rubinyan özünün “Facebook” səhifəsində bildirib.
O, bu vəzifəyə Ermənistan üçün ayrılmış kvota çərçivəsində gətirilib.//publika.az
