image-azal-qezabackend

Rusiya AZAL təyyarəsi ilə bağlı qərar verdi – VİDEO

Rusiya AZAL təyyarəsinin vurulmasını əmr edən general-mayor Aleksandr Tolopiloya qarşı bütün ittihamları ləğv edib.

Referans Media  xəbər verir ki, bu barədə “Minval.az” məlumat yayıb.

Bildirilib ki, 2 sentyabr 2025-ci ildə keçirilən formal “xüsusi müşavirə”də yalnız gələcəkdə oxşar hadisələrin qarşısının alınmasına dair texniki qərarlar qəbul edilib.

Xəbəri videodan da izləyə bilərsiniz:

AZAL təyyarəsinin vurulması əmrini verdiyi bildirilən general-mayor Aleksandr Tolopilo ilə bağlı bütün xidməti araşdırmalar dayandırılıb və o, heç bir məsuliyyət daşımadan xidmətini davam etdirib.

“Rusiya Prezidenti Vladimir Putin ötən ilin sonunda Azərbaycan Prezidentinə istintaqın sona çatdırılacağı və günahkarların cəzalandırılacağı ilə bağlı vəd verib. Lakin məlum olur ki, bu vədlərdən əvvəl Tolopilo ilə bağlı ittihamlar artıq ləğv edilib.

Rusiya İstintaq Komitəsi cinayət işinin bağlanmasına dair açıqlama vermir, Rusiya səfirliyi isə mövzunu şərh etməkdən imtina edib”, – məlumatda bildirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki