Rusiya Ermənistanın KTMT-dən kənardakı gələcəyi ilə bağlı bəyanat yaydı

Ermənistanın KTMT-dən çıxması çətin ki, ölkənin təhlükəsizliyini artırsın.

Referans Media xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov bəyan edib.

"KTMT öz effektivliyini sübut edib və hazırda Avrasiya məkanında təhlükəsizliyin qarantıdır", — deyə o qeyd edib.

Şevtsov Ermənistan hakimiyyətinin təşkilatdan çıxmaq niyyəti ilə bağlı bəyanatlarını şərh etməyəcəyini bildirərək, "bu, onların şəxsi işidir" sözlərini əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki