Rusiya-Ukrayna danışıqlarının üçüncü raundu ayın sonuna qədər keçirilə bilər

  Rusiya-Ukrayna danışıqlarının üçüncü raundu bu ay baş tuta bilər.Bu barədə Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Aleksey Çepa bildirib.

Onun sözlərinə görə, Rusiya-Ukrayna danışıqlarının üçüncü raundu zamanı memorandumlar çərçivəsində yaxınlaşma olmalıdır. Çepa həmçinin məhbus mübadiləsinin davam etdiriləcəyini deyib.

İyunun 2-də İstanbulda Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqların ikinci raundu keçirilib . Görüş rus dilində keçirilib və bir saatdan bir qədər çox davam edib. Tərəflər bir-birinə təklif olunan atəşkəs memorandumlarını müzakirə edərək əsirlərin mübadiləsi vəə döyüşçülərin cəsədlərinin verilməsi barədə razılığa gəliblər./Teleqraf   


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki