“Rusiya və Ukrayna buna görə görüşür” – İLGİNC AÇIQLAMA backend

“Rusiya və Ukrayna buna görə görüşür” – İLGİNC AÇIQLAMA 

İstanbulda baş tutan Rusiya-Ukrayna danışıqlarının üçüncü raundu gözlənildiyi kimi nəticəsiz bitdi.

Referans xəbər verir ki, rusiyalı müxalif publisist Aleksandr Nevzorov görüşün nəticələrini özünəməxsus tərzdə ironik şəkildə şərh edib.

Onun sözlərinə görə, bu görüş əvvəlkilərlə müqayisədə ən qısa və məzmun baxımından ən boş danışıqlardan biri olub.

“Gözlənildiyi kimi, tərəflərin danışacaq heç nəyi yoxdur. Rusiyadan gəlmiş hanniballar qrupu insan yeməyə davam etmək niyyətində olduqlarını bir daha təsdiqlədilər, insanlar isə onlara nəzakətlə bildirdilər ki, onları öldürməyə davam etməyə hazırdırlar. Budur, bütün danışıqların prinsipial hissəsi”, – deyə Nevzorov qeyd edib.

Onun sözlərinə görə, bu görüşdə məzmunlu siyasi müzakirələr əvəzinə yalnız növbəti əsir mübadiləsi məsələsi texniki olaraq razılaşdırılıb.

Nevzorov bildirib ki, belə danışıqlar “sadəcə siyasi nəzakət xatirinə keçirilir” və “reallıqda hər iki tərəf öz mövqeyini artıq kifayət qədər aydın ifadə edib”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki