Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mayın 15-i üçün nəzərdə tutulan proqramında Rusiya və Ukrayna nümayəndə heyətləri ilə İstanbulda görüş nəzərdə tutulmayıb.
Referans xəbər verir ki, bu barədə Türkiyə liderinin ofisi məlumat yayıb.
Qeyd olunur ki, Türkiyə prezidentinin iş proqramı Ankarada nəzərdə tutulub.
Xatırladaq ki, mayın 15-də İstanbulda Rusiya və Ukrayna arasında hərbi münaqişənin həlli üçün nəzərdə tutulan danışıqlar başlayacaq. Bu gün səhər Rusiya Federasiyasından nümayəndə heyəti Ukrayna ilə danışıqlar aparmaq üçün İstanbula gəlib.