Rusiya vətəndaşlarından ibarət dəstə üzvləri barəsində qərar verildi

  Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstə üzvləri barəsində qərar verilib.

Referans.az  bildirir ki, bu barədə APA-ya vəkil Elçin Sadıqov məlumat verib.

Məlumata görə, Səbail Rayon Məhkəməsində onlar barəsində olan həbs-qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.

 Qeyd edək ki, hənin şəxslər Daxili İşlər Nazirliyinin İrandan narkotik vasitələrin tranziti, dövriyyəsi və kiberdələduzluqla bağlı keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar.

Onlar barəsində iyulun 1-də Səbail rayon Məhkəməsində 4 aylıq həbs qətimkan tədbiri seçilmişdi.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki