Rusiyada 5,2 bal gücündə zəlzələ oldu backend

Rusiyada 5,2 bal gücündə zəlzələ oldu 

Rusiyanın Kamçatka yarımadasında zəlzələ qeydə alınıb.

Referans xəbər verir ki, məlumat Rusiya KİV-lərinə istinadən yayılıb. Bildirilir ki, təkanların gücü 5,2 bal təşkil edib.

Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialının verdiyi açıqlamaya əsasən, zəlzələnin episentri 20,6 kilometr dərinlikdə yerləşib.

İlkin məlumata görə, hadisə nəticəsində dağıntı və ya xəsarət alanlar yoxdur. Zəlzələnin daha geniş ərazilərdə hiss olunub-olunmadığı araşdırılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki