Rusiyanın Çerepovets və Voloqda hava limanlarında təyyarələrin qəbul və uçuşlarına müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Referans Media xəbər verir ki, bu barədə Rusiya Aviasiya Agentliyinin nümayəndəsi Artem Korenyako Telegram kanalında məlumat verib.
Qeyd olunur ki, bu məhdudiyyətlər uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyır. Rusiyanın hava limanlarında bu cür tədbirlər adətən pilotsuz uçuş aparatları (PUA) hücumu təhlükəsi fonunda tətbiq edilir.
Bundan əvvəl Orenburq, Nijnekamsk (Beqişevo), Buqulma, Yaroslavl və Nijni Novqorod hava limanlarında da oxşar məhdudiyyətlərin tətbiq olunduğu bildirilmişdi. Hələlik həmin məhdudiyyətlərin ləğvi ilə bağlı məlumat verilməyib.
Eyni zamanda Sankt-Peterburqdakı Pulkovo Airport da uçuş məhdudiyyətlərindən təsirlənib. Bildirilir ki, hava limanı reysləri müvafiq qurumlarla razılaşdırılmış qaydada qəbul edir və göndərir./Bizim.Media






















