image-rusyada-30-israilli-gozaltina-alindi-19768312_6737_ampbackend

Rusiyada İsrail vətəndaşlarına qarşı əməliyyat: 40 israilli niyə saxlanıldı?

Moskva şəhərində yerləşən Domodedovo Beynəlxalq Hava Limanında təxminən 40 İsrail vətəndaşı saxlanılıb. Hadisənin İran–İsrail münaqişəsi ilə bağlı iddialar fonunda baş verdiyi bildirilir.

Referans Media xəbər verir ki, saxlanılan şəxslər arasında uşaqlar da olub.

İlkin məlumatlara əsasən, sərnişinlər pasport nəzarəti zamanı dayanıdırılıb və saatlarla sorğu-sual edilib. Bu proses zamanı onların telefonlarının yoxlanıldığı və İran–İsrail müharibəsi ilə bağlı suallar verildiyi iddia olunur.

Diplomatik mənbələr bu hadisənin iki ölkə arasında gərginləşən münasibətlərin nəticəsi ola biləcəyini bildirirlər. Hadisədən sonra İsrail rəsmiləri vətəndaşlarına Rusiyaya səfər zamanı ehtiyatlı olmaları ilə bağlı xəbərdarlıq edib.

Eyni zamanda, bəzi beynəlxalq iddialarda Rusiyanın İrana hərbi və kəşfiyyat məlumatları ötürdüyü irəli sürülür. Bu iddialara görə, Moskva ABŞ və İsrailin regiondakı hərbi mövqeləri barədə məlumatları Tehranla paylaşa bilər. Lakin Sergey Lavrov bu iddiaları qəti şəkildə təkzib edərək onları əsassız adlandırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki