2025-ci il sentyabrın 1-dən Rusiyanın Yamalo-Nenets Muxtar Dairəsində Azərbaycan, Tacikistan və Özbəkistandan olanlar üçün əməyə yeni məhdudiyyətlər tətbiq ediləcək.
Referans xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Bu üç ölkənin insanlarına topdan və pərakəndə ticarətlə məşğul olmaq, avtomobillərin, o cümlədən motosikletlərin təmiri ilə məşğul olmaq qadağan ediləcək.
Bu məhdudiyyətlər patent əsasında işləyən əcnəbilərə şamil edilir
Qeyd edək ki, Yamalda son 5 ildə əməkçi miqrantların sayı azalıb. Onlar üçün məhdudlaşdırıcı tədbirlər ilk dəfə deyil./Oxu24.com
