“Ermənistan rəhbərliyi yalnız Qərbdən hər hansı yardım və ya dəstəyə ümid edərsə, səhv etmiş olar”.
Referans Media xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin TASS-a deyib.
“Belə hal ölkənin iqtisadi inkişafında əlavə maneələr və çətinliklər yaradacaq. Amma mən yenə də ümid edirəm ki, Ermənistan rəhbərliyi ağlabatan şəkildə hərəkət edəcək”, – deyə o bildirib.//Globalinfo.az
