Rusiya Ermənistandan idxal edilən spirtli içkilərin satışını dayandırıb.
Bu barədə “Rospotrebnadzor” məlumat yayıb.
Ermənistandan Rusiyaya idxal edilən bir sıra məhsulların yoxlanışdan keçirildiyi bildirilir. Məlumata görə, Ermənistandan gətirilən içkilərin bir hissəsinin istifadəyə yararsız olduğu müəyyən edilib. Bu səbəbdən onların satışının dayandırılmasına qərar verilib.
Qeyd edək ki, bundan əvvəl qızıl güllərin Ermənistana ixracına qadağa qoyulmuşdu./globalinfo.az
