Rusiyalı deputatdan SENSASİYA: “Azərbaycana hərbi müdaxilə…”backend

Rusiyalı deputatdan SENSASİYA: “Azərbaycana hərbi müdaxilə…”

“Bakı və Moskva arasında münaqişə yumşaq fazaya daxil olur”.

Bunu Rusiya Dövlət Dumasının keçmiş deputatı Oleq Şeyn deyib.

Onun sözlərinə görə, bu məsələdə hərbi müdaxilə obyektiv səbəblərə görə istisnadır. Çünki Kremlin diqqəti Ukraynadakı müharibəyə yönəlib. Digər tərəfdən, Türkiyə açıq-aydın kənarda dayanmayacaq. Üstəlik, Rusiyanın iqtisadi təzyiq rıçaqları da son dərəcə məhduddur: Azərbaycana birbaşa yönələn xarici investisiyaların cəmi 6,5%-i Rusiyadandır. Ermənistanda bu rəqəm 70%-ə çatır. Rusiyaya ixrac Azərbaycanın xarici dövriyyəsinin cəmi 3,5%-ni təşkil edir. Müqayisə üçün Gürcüstanda bu rəqəm 48% təşkil edir. Ticarət müharibəsi Rusiya müəssisələrinə üç dəfə daha çox zərbə vuracaq. Rusiyadan Azərbaycana köçürmələrin payı bütün özəl transfertlərin cəmi 11%-ni təşkil edir. Diasporların sayı isə son 5 ildə 470 mindən 330 minə qədər azalıb. Ümumiyyətlə, Azərbaycan iqtisadi cəhətdən müstəqildir və indi çoxqütblü dünyanın bir hissəsidir”, – Şeyn vurğulayıb./Globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki