Rusiyanı məcbur edəcək ən sarsıdıcı zərbə budur – Metyu Brayzabackend

Rusiyanı məcbur edəcək ən sarsıdıcı zərbə budur – Metyu Brayza

  ABŞ Milli Təhlükəsizlik Şurasının Avropa və Avrasiya məsələləri üzrə keçmiş direktoru, Vaşinqtonun Bakıdakı keçmiş səfiri Metyu Brayza Rusiya ilə bağlı son qərarları dəyərləndirib. 

Onun jurnalistlərin, “ABŞ Prezidenti Donald Tramp Rusiyanın aqressiv siyasətini dəyişməyə məcbur qalması məqsədilə ən sarsıdıcı və ağrılı zərbə vurmaq üçün nə etməlidir?” – sualına cavabı maraqla qarşılanıb.

Brayza Trampın belə bir qərar verməkdə çətinlik çəkdiyi söyləyib:

“Ən həlledici zərbələrdən biri Rusiyanın nefti və qazını alan bütün ölklərə qarşı genişmiqyaslı sanksiyaların tətbiqidir. Bu, Donald Tramp üçün siyasi baxımdan çətin qərardır. Çünki, o, Hindistanın Baş naziri Narendra Modini dəstəkləyir, onunla yaxındır. Lakin Hindistan Rusiyadan ən çox neft idxal edən ölkələrdən biridir”./Globalinfo.az   


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki