Rusiyanın ən böyük neft emalı zavodu BAĞLANDI

  Rusiyanın Orenburq vilayətindəki ən böyük neft emalı müəssisələrindən biri – “Orsknefteorqsintez” (OrskNOS) zavodu qəza səbəbindən fəaliyyətini tamamilə dayandırıb.

Referans.az  xəbər verir ki, “Forteinvest” şirkətinə məxsus zavodda avadanlıq modernləşdirilməsi zamanı yanğın baş verib, alov sonradan söndürülüb.

Bundan əlavə, müəssisə noyabrın 11-də PUA hücumuna məruz qalıb.

Zavodun ən azı bir həftə işləməyəcəyi, bunun isə təxminən 70 min ton xammal itkisinə səbəb olacağı bildirilir. “OrskNOS” vilayətin yanacaq tələbatının 40 faizini qarşılayır.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki