Referans bildirir ki, bu sözləri iqtisadçı Eldəniz Əmirov deyib.
İqtisadçı qeyd edib ki, Rusiyanın sanksiyalardan yayınmaq üçün istifadə etdiyi “kölgə donanması” hələ də əhəmiyyətli paya malikdir:
“Rəsmi statistikalar göstərir ki, 2025-ci ilin aprelində Rusiyanın dənizlə çıxardığı neftin təxminən 47%-i Qərb ölkələrinin, əsasən G7+ tankerləri ilə daşınıb. İyun ayında isə bu rəqəm 56%-ə yüksəlib. Yəni Qərb gəmiləri Rusiyanın neft ixracında yenidən əsas oyunçuya çevrilib, pul qazanırlar.
Digər tərəfdən də Rusiyanın sanksiyalardan yayınmaq üçün istifadə etdiyi “kölgə donanması” hələ də əhəmiyyətli paya malikdir. Bəzi mənbələrə görə, 50–70% arasında paya yüksəldiyi məqamlar var. Üstəlik, bu donanmanın tərkibində Avropa və ABŞ-dan olan təxminən 230 gəmi var.
Bütün bunlar göstərir ki, kağız üzərində yazılan sanksiya reallıqda fərqli icra olunur. Çünki inkişaf etmiş Avropa ölkələrində böyük korporasiyalar dövlət rəhbərlərini idarə edirlər. Məhz buna görə də aparıcı Avropa ölkələrinin çoxu həmin şirkətlərin iqtisadi maraqlarını qorumaq naminə Rusiyanın sanksiyalardan yayınmasına şərait yaradırlar”