Rusiyaya qarşı ŞOK əməliyyat: 300-dən çox ÖLÜ, 500-dən artıq YARALIbackend

Rusiyaya qarşı ŞOK əməliyyat: 300-dən çox ÖLÜ, 500-dən artıq YARALI

  Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlıları Sumi istiqamətində Rusiya ordusunun arxa cəbhəsində

uğurlu əməliyyat keçiriblər.

Referans  xəbər verir ki, əməliyyat nəticəsində azı 334 rus hərbçisi məhv edilib, 550-dən çoxu isə yaralanıb.

Ukrayna qüvvələri Rusiya ordusunun hücum planını pozub, mövqeləri təmizləyib və irəlilədikləri ərazidə möhkəmləniblər.

Rusiyanın dronlarında Hindistana məxsus komponentlər aşkarlanıb. Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak bildirib.

Yermak bu dronların cəbhəboyu ərazilərdə və mülki infrastruktura qarşı hücumlarda istifadə olunduğuna diqqət çəkib.

Ukrayna rəsmisi Rusiyanı başqa ölkələrdən dron hissəcikləri idxal etmək imkanından məhrum etməyin vacibliyini vurğulayıb və

Rusiyanın enerji resurslarını almağın müharibəni maliyyələşdirməyə bərabər olduğunu bəyan edib./Musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki