Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ermənilərə müraciət edərək hazırkı geosiyasi vəziyyəti dəyərləndirməyə çağırıb.
Referans Media xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
O bildirib ki, Ermənistan hazırda Avropa və ABŞ tərəfindən dəstəkləndiyi üçün yaranan fürsətlərdən istifadə etməlidir və ölkənin beynəlxalq proseslərdən uzaqlaşdırılmaması vacibdir.
Saakaşvili Gürcüstanın keçmiş təcrübəsinə istinad edərək, siyasi seçimlərin ölkənin gələcəyinə ciddi təsir göstərə biləcəyini qeyd edib.
Onun sözlərinə görə, xalqın yanlış seçim etməsi ölkəni mənfi nəticələrə apara bilər və buna görə ehtiyatlı qərar verilməlidir.
