Sabah çimərliyə getmək istəyənlərin nəzərinə!

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

Referans Media  xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, iyunun 18-də şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba 21-22, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıx 23-24 dərəcə isti olacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki