Bütün dövlət ali təhsil müəssisələrinin yataqxanalarında yaşayan məcburi köçkünlərlə bağlı mühüm qərar verilib.
Referans Media xəbər verir ki , yataqxanalarda müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərin mərhələli şəkildə köçürülməsi planlaşdırılır.
Qərara əsasən, həmin şəxslər 2027-ci ilin əvvəlinədək işğaldan azad edilmiş ərazilərə köçürüləcək.
Məlumata görə, bu addım dövlətin həyata keçirdiyi “Böyük Qayıdış” proqramı çərçivəsində atılır. Artıq azad olunmuş ərazilərdə yeni yaşayış məntəqələri qurulur və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı mərhələli şəkildə davam edir.
Qeyd edək ki, uzun illərdir yataqxana və digər müvəqqəti məskunlaşma yerlərində yaşayan məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu məqsədlə son illərdə minlərlə ailə yeni tikilmiş mənzillərlə təmin olunub.
Yeni qərarın da məcburi köçkünlərin sosial rifahının yüksəldilməsinə və onların daimi yaşayış yerləri ilə təmin olunmasına mühüm töhfə verəcəyi gözlənilir.oxu24.com
