“Sağlam” bildiyiniz çərəzlər əslində kalori bombasıdır – ən zərərliləri açıqlandı

Sağlam qidalanmaq üçün tez-tez çərəzlərə üstünlük verilir. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, bəzi çərəzlər göründüyü qədər faydalı deyil və həddindən artıq istifadə edildikdə çəki artımına səbəb ola bilər.

Xüsusilə kaju yüksək karbohidrat və doymuş yağ tərkibinə görə qan şəkərini sürətlə yüksəldə bilər. Qovrulmuş və duzlu növləri isə bədəndə su tutulmasına və ödemə yol açır.

Yer fıstığı da riskli sayılır. Torpaqda yetişdiyi üçün “aflatoksin” adlı küf maddəsi yarada bilər ki, bu da uzunmüddətli dövrdə qaraciyər üçün təhlükəlidir. Bundan əlavə, yüksək Omega-6 tərkibi iltihab riskini artırır.

Mütəxəssislərə görə əsas problem həddindən artıq istehlakdır. Yağ tərkibi yüksək olan bu məhsullar çox yeyildikdə bədəndə piy kimi toplanır və bir kasa çərəz bəzən tam bir yeməkdən daha çox kalori verə bilər. Tövsiyə olunur:

Çərəzləri çiy və duzsuz formada seçin

Gündəlik miqdarı 30 qram (bir ovuc) ilə məhdudlaşdırın

Müxtəlif növlər arasında balans qoruyun


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki