Şahzadə Endryu “Epşteyn işi”nə görə saxlanıldı

Böyük Britaniya kralının qardaşı, bir müddət əvvəl şahzadə titulu və krallıq imtiyazlarından məhrum edilmiş Endryu Mauntbatten-Vindzor Ceffri Epşteyn işi üzrə saxlanıldı.

Referans Media  xəbər verir ki, bu barədə “Sky Nyus” məlumat yayıb.

Bildirilir ki, polis dövlət vəzifəsində sui-istifadə etmək şübhəsi ilə saxlayıb.

“Bu addım, ABŞ tərəfindən yayılan sənədlərdə Mauntbatten‑Vindzorun keçmiş işləri ilə bağlı yeni iddiaların ortaya çıxmasından sonra atılıb”, – deyə məlumatda qeyd olunur.

Xatırladaq ki, şahzadə Endryu”Epşteyn işi” ilə bağlı sənədlərdə ən çox adı hallanan şəxslərdən biridir./Globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki