Salyanda minik avtomobili yük maşınına çırpıldı: Xəsarət alanlar var

  Salyan rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Referans.az  xəbər verir ki, hadisə yeni Ələt-Astara magistral yolunda, rayonun Çuxanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, KIA markalı minik avtomobili qarşıda gedən “KamAZ” markalı yük maşınına çırpılıb. 

Qəza nəticəsində Şirvan şəhər sakinləri – 1967-ci il təvəllüdlü Gülmira Nuhu qızı Nuriyeva, 1993-cü il təvəllüdlü Aqil Abdul oğlu Nuriyev və Bakı şəhər sakini, 2013-cü il təvəllüdlü Şəmistan İntiqam oğlu Əmrahzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. İlk tibbi yardımdan sonra Ş.Əmrahzadə Bakıdakı xəstəxanalardan birinə göndərilib. Faktla bağlı araşdırma aparılır. (Report.az)  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki