image-kombaynbackend

Samuxda FACİƏ: əkin sahəsindən 63 yaşlı kişi meyiti tapıldı

Samuxda əkin sahəsindən kişi meyiti tapılıb.

Hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, 1963-cü il təvəllüdlü Y.Həsənovun meyiti rayon ərazisində yerləşən qış otlaq sahəsindən aşkarlanıb.

İlkin məlumata görə, 63 yaşlı kişi ürək tutmasından dünyasını dəyişib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır./APA


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki