Samuxda 69 yaşlı qadın evində ölmüş vəziyyətdə tapılıb.
Referans Media xəbər verir ki, 1957-ci il təvəllüdlü Svetlana Zamanovanın yaxınları ona məxsus evdə cansız bədənini aşkar ediblər.
Yaşlı qadının hansı səbəbdən dünyasını dəyişdiyi hələlik məlum deyil.
Faktla bağlı Samux rayon Prokurorluğunda araşdırma aparılır./Bizim.Media






















