SANKT-PETERBURQDA FƏALİYYƏT GÖSTƏRƏN AZƏRBAYCANLI KLİNİK PSİXOLOQ

  Qəmər Hüseyn qızı Abbasquliyeva

Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan soydaşımız Qəmər Hüseyn qızı Abbasquliyeva ali təhsilli pedaqoq və psixoloqdur. O,

hazırda klinik psixoloq kimi fəaliyyət göstərir. Dünyanın ən böyük elmi və mədəni mərkəzlərindən biri olan Sankt-Peterburqda bilik

və zəhmətlə tanınmaq heç də asan deyil. Lakin Qəmər xanım bu çətin mühitdə peşəkarlığı, insanpərvərliyi və çalışqanlığı ilə

seçilərək həm öz adını, həm də xalqımızın adını ucaldır.

Onunla söhbət edən insan bir növ mənəvi yüngüllük, daxili rahatlıq hiss edir. Sanki illərlə insanı narahat edən psixoloji gərginliklər,

ağrılı düşüncələr sadəcə bir söhbət boyu çözülür. Qəmər xanımın səsi, baxışı və yanaşması insana güvən, arxayınlıq və həyat eşqi

aşılayır.

Klinik psixologiya müasir dövrdə ən vacib sahələrdən biridir. Bu gün bəşəriyyət münaqişələr, müharibələr, iqtisadi və sosial

təlatümlər içində dərin sarsıntılar yaşayır. Qlobal dəyişikliklərin təsiri birbaşa insana – onun ruhuna və psixologiyasına yönəlir.

İnsanların bu sarsıntılara dözümlülüyü fərqlidir: bəziləri sakit qalmağı bacarır, bəziləri isə ağır stress və gərginlikdən çıxış yolu tapa

bilmir. Belə məqamlarda sadəcə təsəlli deyil, elmi əsaslara söykənən peşəkar psixoloji yardım həyati əhəmiyyət daşıyır.

Qəmər Abbasquliyeva kimi mütəxəssislərin fəaliyyəti məhz bu nöqtədə dəyər qazanır. O, beynəlxalq psixoloji məktəblərin son elmi

yeniliklərinə əsaslanaraq pasiyentlərinə fərdi yanaşma metodologiyası tətbiq edir. Bu yanaşma onun peşəkar uğurlarının əsas

açarıdır.

Qəmər xanım Azərbaycandan uzaqda yaşasa da, qəlbi həmişə doğma Vətənlə döyünür. O, fəaliyyətinin bir istiqamətini də

Azərbaycanla bağlamağı planlaşdırır. Onun ən böyük arzularından biri — Bakı şəhərində şəhid ailələrinə, müharibə veteranlarına

və döyüşlərin ağır psixoloji təsirindən əziyyət çəkən insanlara təmənnasız psixoloji yardım göstərməkdir. Bu məqsədini

reallaşdırmaq üçün o, ardıcıl və məqsədyönlü şəkildə çalışır.

Arzuları böyük, məqsədləri aydın olan bu istedadlı mütəxəssisə işində bol uğurlar arzulayırıq. Onun tükənməz enerjisi, iradəsi və

humanizmi hər bir soydaşımız üçün nümunədir. Xaricdə yaşayan həmvətənlərimizin uğurları, onların Azərbaycan adını ucaldan

fəaliyyəti bizim üçün qürur mənbəyidir.

Bizim borcumuz belə fədakar, nümunəvi soydaşlarımızı tanıtmaq və onlara mənəvi dəstək olmaqdır.

Qəmər Hüseyn qızı Abbasquliyeva – Rusiyada fəaliyyət göstərən klinik psixoloq.

Bu adı yadda saxlayın, paylaşın, tövsiyə edin.

Soydaşımıza dəstək olaq, öz dəyərlərimizi ucaldaq ki, dünya da bizi tanısın və dəyərləndirsin.

✍️ Sima Babayeva  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki