Sarıqayada silah-sursat aşkar edilib

Sumqayıt şəhəri, Novxanı çimərliyinin Sarıqaya adlanan ərazisində silah-sursat aşkar olunub.
 
Referans Media xəbər verir ki  , qeyd olunan ərazidə istifadəyə yararlı 1 ədəd 7,62 mm çaplı "AK-47" markalı avtomat silahı, silaha məxsus 1 ədəd daraq və 38 ədəd patron tapılıb.
Aşkar olunan silah-sursat aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına təhvil verilib.

Faktla bağlı araşdırma aparılır./Oxu24.com

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki