İsrail Müdafiə Ordusu (SAXAL) İranın ölkə ərazisinə son zərbəsinə cavab olaraq, Tehran yaxınlığında yerləşən raket buraxılış qurğusunu məhv edib.
Bu barədə SAXAL-ın yaydığı məlumatda deyilir.
“Cavab tədbirləri çərçivəsində İsrail Hərbi Hava Qüvvələri “yer-hava” tipli raket buraxılış qurğusunu aşkarlayaraq məhv edib. İran hərbçiləri buraxılış qurğusu ilə birlikdə məhv edilib”, – deyə məlumatda bildirilir. (Oxu.Az)