Saxta sağlamlıq arayışı: “General Hospital”da araşdırma başladı

Ötən gün  “General Hospital” tərəfindən vətəndaşa saxta sağlamlıq arayışı verilməsi ilə bağlı xəbər yayımlanmışdı.

Referans Media-nın xəbərinə görə, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən (AEM) “Unikal”ın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Mərkəz tərəfindən araşdırma aparılır:

“Məsələ Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin nəzarətindədir. Araşdırma başa çatandan sonra ictimaiyyətə məlumat veriləcək.

Əlavə olaraq bildirilir ki, aidiyyəti müəssisə ilə bağlı Mərkəz tərəfindən bir neçə dəfə tədbirlər görülüb”, – cavabda qeyd olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki