Şəhərdə gizli silahlar saxlanılırmış! 

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindənReferans Media-ya  verilən məlumata görə, yanvarın 22-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 3 tapança, 21 tüfəng, 2 patron darağı və 11 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki