Şəki Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Perinatal Mərkəzə 2007-ci il təvəllüdlü 35 həftəlik hamilə qadın avtomobil vasitəsilə hospitalizasiya olunub.
Referans.az xəbər verir ki, həkimlərin apardığı konsultasiyadan sonra spontan doğuş halında çəkisi 1 kq. 700 qr., boyu 44 sm. olan ölü döl bətndən xaric edilib.
Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
Şəki Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata əsasən, hazırda 18 yaşlı pasiyentin müalicəsi Perinatal Mərkəzin müvafiq şöbəsində davam etdirilir, vəziyyəti stabildir.
