backend

Şəkidə yük maşını piyadanı vurdu

Şəkidə yük maşını piyadanı vurub.

Referans Media bildirir ki, Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə rayonun Turan qəsəbəsində baş verib.

“KAMAZ” markalı yük maşını yolu keçmək istəyən 1954-cü il təvəllüdlü Süleymanov Silon Süleyman oğlunu vurub. Nəticədə piyada müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki