Şəmkirdə KİNOSAYAĞI OĞURLUQ – Maska ilə evə daxil oldu və…

  Şəmkirdə quldurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Referans.az   xəbər verir ki, sentyabrın 25-i axşam saatlarında Şəmkir Rayon Polis Şöbəsinə rayonun Kür qəsəbəsində yaşayan bir sakinin evinə maskalı, naməlum şəxsin qanunsuz daxil olaraq ev sahibinə küt alətlə xəsarət yetirməsi və 3 000 manat nağd pulu ələ keçirməsi barədə məlumat daxil olub. 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən qəsəbə sakini, 44 yaşlı Akif Məmmədov müəyyən edilərək saxlanılıb və istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir. (Report.az)  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki