Şəmkirdə qəza: 2 nəfər xəsarət aldı

  Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.Referans APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Sabirkənd kəndinin yaxınlığında qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Ford Tranzit “ilə “Qazel” markalı yük maşınları toqquşub.

Qəza zamanı 1985-ci il təvəllüdlü H.Namazov və N.Namazov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki