Sənədsiz ev sahiblərinə YENİ XƏBƏR: Bu dövlət qurumuna MÜRACİƏT ETMƏLİSİNİZbackend

Sənədsiz ev sahiblərinə YENİ XƏBƏR: Bu dövlət qurumuna MÜRACİƏT ETMƏLİSİNİZ

Paytaxt ərazisində dəmir
yolu xəttinə yaxın ərazilərdə yerləşən sənədsiz evlərin sökülməsi prosesi gündəmdədir.

 

Uzun müddətdir sözügedən
ərazilərdə məskunlaşan sakinlər üçün bu qərar həm hüquqi, həm də sosial
baxımdan narahatlıq yaradır. Dövlət qurumları təhlükəsizlik və şəhərsalma
qaydalarını əsas gətirsə də, ictimaiyyətdə evlərin taleyi və sakinlərin
hüquqları ilə bağlı suallar qalmaqdadır.

 

Məlumatlara görə, dəmir yolu xətləri
üzrə 24 metr və daha az məsafədə yerləşən yaşayış evləri təmamilə söküləcək.

 

Hazırda işlər hansı mərhələdədir? Vətəndaşlar öz sənədsiz
evlərinin aqibəti ilə bağlı haradan məlumat almalıdır? Sənədlərin verilməsi
üçün vətəndaşlar hara müraciət etməlidirlər?

 

Əmlak məsələləri üzrə ekspert Elnur Azadov Referans-a
açıqlamasında bu sualları cavablandırıb.

 

“Sökülən yerlər sadəcə mavi zolağa düşən – qanunla qadağan
olunmuş ərazilərdir. Bununla bağlı hökümət həmin ərazilərdə evləri sökür. Yəni heç
bir kompensasiyadan söhbət getmir. Mühafizə zolaqlarına düşməyən digər ərazilərdə
olan qanunsuz tikililərin məsələsinə isə tədricən baxılacaq. Gördüyünüz kimi,
son vaxtlar Daşınmaz Əmlak üzrə Dövlət Kadastrı və Reysteri Xidmətində olan
siyahı genişləndirildi. Siyahı böyüdüyünə görə digər kateqoriyaya aid əmlakların
qeydiyyata alınması ilə bağlı töhfə yarandı. Belə ki, vaxtı ilə kənd soveti, yerli
icra hakimiyyətləri tərəfindən verilmiş sənədlər əsasında əmlaklar artıq
tanınacaq. Gələcəkdə də bu siyahının daha da genişlənməsi gözlənilir”.

Vətəndaşın sənəd almaq üçün hara müraciət etməsinə gəldikdə isə, mütəxəssislər qeyd edirlər ki, ilk növbədə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 8-ci maddəsinə edilən son dəyişiklikləri əhatə edən sənədlərin siyahısı ilə tanış olmaq lazımdır. Əgər bu siyahıda qeyd olunan sənədlərdən biri və ya bir neçəsi vətəndaşın əlində varsa, yaşadığı ərazi üzrə Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsə müraciət etməlidir.


 

Fidan Vəlisoy 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki