Sənədsiz evlərin növləri açıqlandıbackend

Sənədsiz evlərin növləri açıqlandı

Sənədsiz evlərin əksəriyyəti dövlətin, bələdiyyənin topraqlarının zəbti nəticəsində tikilmiş evlərdir.

Referans xəbər verir ki, bu barədə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova birifinq zamanı bildirib.

Nigar Alimova qeyd etdi ki, ölkədə sənədsiz evlərlə bağlı əslində, amnistiya xarakterli sənədlər daim olur:

“Amnistiya xarakterli sənədlər həmişə verilib. 439 nömrəli və bu gün müzakirə etdiyimiz fərman da bunun ən bariz nümunəsidir. Yerdə qalan sənədsiz evlərin böyük əksəriyyəti təəssüf ki, ya yüksək təzyiqli qaz xətlərinin, ya neft boru kəmərlərinin, ya yüksək gərginlikli elektrik xətlərinin mühafizəsində tikilmiş evlərdir, ya da ümumiyyətlə, zəbt olunaraq, yəni, əllərində hər hansı bir sənəd olmadan və dövlətin, bələdiyyənin topraqlarının zəbti nəticəsində tikilmiş evlərdir. Onlarla bağlı yanaşma daha fərqli olmalıdır”.

Qurum rəsmisi əlavə etdi ki, xüsusilə Abşeronda, demək olar ki, tikili altı torpaqların böyük əksəriyyəti məhz kənd təsərrüfatı təyinatlı torpaqlar üzərindədir:

“Kənd təsərrüfati təyinatlı torpaqlar üzərində qanunla tikinti işlərinin aparlanması, fərdi yaşayışı evlilərinin tikintisi, ümumiyyətlə, istənilən növ tikinti işlərinin aparılması qadağandır.

Ona görə də təbii ki, o massivlərin kateqoriyaları qanuna uğun şəkildə dəyişdirildikdən sonra həmin fərdi yaşayışı evlilərində, xüsusilə massivləşmiş fərdi yaşayış evləri salınmış ərazilərdə də qeydiyyatın aparılması mümkün olacaq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki