Məlumata görə, yeni dayanacaq pavilyonlarının quraşdırılması işləri paytaxtla yanaşı ölkənin digər regionlarını da əhatə edəcək.
Belə ki, AYNA ümumilikdə 300 dayanacaq pavilyonunun quraşdırılmasını nəzərdə tutub.
Məlumata görə, onlardan 142-nin Bakı-Xızı-Abşeron ərazisində, 10-nun Gəncə-Daşkəsən-Qazax ərazisində, 8-nin Qarabağ və Şərqi Zəngəzur regionu ərazisində, 22-nin Quba- Xaçmaz, Dağlıq Şirvan ərazisində, 10-nun Şəki – Zaqatala ərazisində, 11-nin Lənkəran- Astara ərazisində, 80-nin Naxçıvan Muxtar Respublikası ərazisində, 6-nın Şirvan-Salyan, Mil-Muğan ərazilərində və 11-nin isə Mərkəzi-Aran rayonları ərazisində isə quraşdırılacağı planlaşdırılıb.
Qeyd olunan dayanacaq pavilyonlarının quraşdırılmasına 3 milyon 654 min manat vəsaitin (birinin təxminən 12 min manata) sərf ediləcəyi proqnozlaşdırılıb.























