Şərurda anbarda dəhşətli hadisə: Ölü və yaralı var

Şərurda soyuducu anbarda bədbəxt hadisə baş verib.

Referans Media Oxu.Az-a istinadən xəbər verir ki, rayonun İbadulla kəndində hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər xəsarət alıb.

Anbardakı yük rəfləri aşıb və iki nəfər kartof yüklərinin altında qalıb.

Nəticədə, 1963-cü il təvəllüdlü Rüqayyə Nurəli qızı Məmmədova həyatını itirib. Xəsarət alan 1976-cı il təvəllüdlü Səidə Əsgər qızı Zamanova Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Şərur Rayon Prokurorluğunda araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki