Şeytanın ağlına gəlməz! 29 qoyunun qarın boşluğunda narkotik tapıldı

Türkiyə Daxili İşlər naziri Əli Yerlikaya, Siirt vilayətində keçirilən əməliyyat nəticəsində kiçik təsərrüfat heyvanlarının qarın boşluğuna gizlədilmiş 54,6 kq metamfetaminin aşkarlandığını açıqlayıb.

Referans Media xəbər verir ki, nazir əməliyyatın, qoyunların qarınlarındakı tikiş izlərinin aşkar edilməsiylə mümkün olduğunu bildirib.

Əli Yerlikaya bildirib: “Vətəndaşlarım bilsinlər ki, hansı üsulu sınasalar da, zəhər tacirlərinə qarşı mübarizəmiz amansız davam edir və davam edəcək. Siirt və Hakkari Narkotikə Qarşı Mübarizə İdarələri ilə Hakkari Əməliyyat Şöbəsi əməkdaşlarının birgə fəaliyyəti nəticəsində, Siirtin Baykan rayonunda saxlanılan bir yük maşınının qoşqusunda kiçikbaş heyvanların qarın tərəflərində tikiş izləri aşkar edilib.”

Əməliyyat nəticəsində 29 qoyunun qarın boşluğuna gizlədilmiş 54,6 kq metamfetamin maddəsi götürülüb. Hadisə ilə əlaqədar 2 nəfər şübhəli saxlanılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki