Türkiyədə Şimali Egey dənizinin şimal hissəsində güclü külək gözlənilir. Sinoptiklərin məlumatına görə, külək şimal və şimal-şərq istiqamətlərindən 50–75 km/saat sürətlə, yəni fırtına gücündə əsə bilər.
Referans Media xarici xəbər saytına istinadən bildirir ki, fırtınanın günorta saatlarından sonra zəifləməsi gözlənilir. Bu səbəbdən dənizdə hərəkət edənlər və bölgə sakinləri mümkün nəqliyyat problemlərinə qarşı diqqətli və ehtiyatlı olmağa çağırılıb.
