Simonyan özündən 20 yaş kiçik modellə evlənir

Ermənistan Parlamentinin spikeri Alen Simonyan və sevgilisi, model Anela Qubryan rəsmi nikah üçün müraciət ediblər.

Referans Media xəbər verir ki, bu barədə erməni mediasında görüntülər yayılıb.

Tərəflər nikahın qeydiyyata alınması üçün Ermənistanın Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı orqanına sənəd təqdim ediblər.

Toy mərasiminin rəsmi tarixi və yeri hələlik açıqlanmayıb.

Xatırladaq ki, Simonyan ötən il jurnalist Mariam Marqaryandan boşanıb.

Cütlüyün bu evlilikdən iki övladı var.

Anela Qubryan isə Simonyandan 20 yaş kiçikdir./globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki